Ana səhifə
10 Dekabr 2018

Bakıda dəhşətli qətl: İşdən çıxarılan bağban ev sahibinin arvadını öldürüb, ər ağır yaralanıb

Bakıda yol polisləri qətl hadisəsinin üstünü açıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımının əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən "Range Rover" markalı avtomobilin sürücüsünün özünü şübhəli aparması onların diqqətini çəkib. Yol Polisi əməkdaşları maşına "saxla" əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə "Range Rover"i saxlamaq mümkün olub.
Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar: maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.
Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Həkimlər onun vəziyyətinin ağlr kimi qiymətləndirib. 

Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən onların bağlarında işləyən bağbandır. 

Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə o, məlum hadisəni törədib daha sonra onları öz avtomobilləri ilə apararaq meyitlərini gizlətmək istəyib.

Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Tarix
16 İyul 2018 [09:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin