DİN-də kollegiya iclası keçirilir

10:44 - 14 İyul 2018 - Xəbər

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir. İclasda DİN rəhbərliyi, kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər. İclasda 2018-ci ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur. Report

Xəbər xətti