Acun Meksikada telekanal aldı

16:05 - 13 İyul 2018 - MAQAZİN

TV 8-in rəhbəri Acun Ilıcalı biznesini daha da genişləndirib.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Acun sosial şəbəkədəki səhifəsində bildirib ki, Meksikada özəl televiziya sahibi olub. Aparıcının sahib olduğu “Acun Medya” Azteca 1 adlı kanalın idarəçiliyini 150 milyon dollara alıb.
“Salinas” media qrupu ilə müqavilə bağlayan Ilıcalı kanalı 3 il müddətində idarə edəcək.

Xəbər xətti