Ana səhifə
17 Dekabr 2018

Səhiyyə sahəsində Azərbaycan-İran əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşeminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İranın dövlət başçılarının yüksək səviyyəli səfərlərinın, aparılan danışıqların nəticəsidir ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən  ticarət, nəqliyyat, səhiyyə, sənaye, energetika, kənd təsərrüfatı, turizm, gömrük və s. sahələrdə uğurla əməkdaşlıq edirlər.
Ölkəmizdə yaradılan sənaye parkları və məhəllələri, yaradılmış infrastruktur və əlverişli imkanlar barədə məlumat verən iqtisadiyyat naziri bildirib ki, Pirallahı Sənaye Parkında İranla birgə “Caspian Pharmed” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması işləri davam etdirilir. Bununla belə, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər.

Azərbaycanın İranla digər sahələrlə yanaşı, səhiyyə sahəsində də əməkdaşlığa önəm verdiyini vurğulayan iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, İranın tibb sahəsində ixtisaslaşmış bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycanda səfərdə olub, Azərbaycanın Tibb Universiteti və Təbriz Tibb Universiteti arasında Memorandum imzalanıb.

Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşemi Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, İranda səhiyyənin, tibbi təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qazanılmış uğurlar barədə məlumat verib. Seyid Həsən Qazizadə Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, dərman preparatlarının istehsalı üzrə müştərək müəssisələrin yaradılmasının önəmini qeyd edib.  
 

Tarix
13 İyul 2018 [11:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin