Ana səhifə
18 Avqust 2018

“Qəbələ”nin müdafiəçisi: "Biz də Lüksemburqda 2-3 qol vura bilərik"

“Avrokubok mövsümü bizim üçün bitməyib” - Stankoviç

“Yeni komandayıq. Bir neçə oyunçu getdi, onların yerinə gələnlər oldu. Heyətin formalaşması üçün bir qədər vaxt lazımdı”. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin müdafiəçisi Vojislav Stankoviç deyib. Serbiyalı futbolçu Avropa Liqasının I təsnifat mərhələsində “Proqres”lə keçirilən matçı dəyərləndirib. “Qırmızı-qaralar”ın 0:2 hesablı məğlubiyyətinə baxmayaraq, Stankoviç hələ də cavab görüşü üçün ümidlidi:
“Bu məğlubiyyət o demək deyil ki, komandamız hazır deyil. Rəqib oyunu müdafiədən qurdu və əks-hücumlara bel bağladı. Öz səhvlərimizdən qollar buraxdıq. Onlar bizim səhvlərimizdən lazımınca yararlandılar. Biz isə əlimizə düşən imkanlardan istifadə edə bilmədik və məğlub olduq. Ancaq bizim üçün avrokubok mövsümü hələ bitməyib. Necə ki, onlar burda 2 qol vurdular, biz də Lüksemburqda 2-3 qol vura bilərik".

Tarix
13 İyul 2018 [10:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin