Ana səhifə
20 Sentyabr 2018

Azərbaycanın bir hissəsində elektrik enerjisinin verilişi dayandı- Yanğın

Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "APA-Economics"ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb.
Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası- "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları işləmir və sərnişinləri qəbul etmir. Onun sözlərinə görə, bu gün saat 16:10 radələrində elektrik enerjisi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttində - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb.

""Yaşıl" və "Qırmızı" xətlərdə qatarlar normal qaydada işləyir. Bənövşəyi xəttin iki stansiyasında "Avtovağzal" və "Memar Əcəmi" stansiyası sərnişinlər üçün bağlanıb. Səbəb metroya gələn xətlərdə elektrik enerjisinin olmaması ilə bağlıdır. Tuneldə qatar qalmayıb.  Saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlansa da, saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub", - deyə B.Məmmədov vurğulayıb. 

Tarix
12 İyul 2018 [16:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin