Ana səhifə
16 Noyabr 2018

Tramp: “NATO ölkələri hərbi xərclərini görünməmiş səviyyədə artıracaq”

ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin hərbi xərclərini görünməmiş həddə qədər yüksəltmək barədə razılığa gəldiklərini açıqlayıb.  

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, D. Tramp bunu Brüsseldə NATO zirvə toplantısının yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. “Ciddi irəliləyişə nail olunub. Hər kəs öz ödənişlərinin səviyyəsini əvvəllər təsəvvür edilməyəcək qədər yüksəltmək barədə razılığa gəldi”, - deyə ABŞ prezidenti söyləyib. O bildirib ki, il ərzində NATO ölkələri hərbi xərclərini 33 milyard dollar artırıb: “ABŞ NATO-da qalır və bizim ittifaqa bağlılığımız çox möhkəmdir”.   

Qeyd edək ki, NATO zirvəsinin qapalı toplantısında D. Trampin digər ölkələri hərbi xərclərini artırmayacağı təqdirdə ABŞ-ın ittifaqı tərk edəcəyi ilə hədələdiyi barədə xəbər yayılıb. Lakin bu xəbər təkzib edilib.

Tarix
12 İyul 2018 [15:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin