Ana səhifə
21 Sentyabr 2018

“Olimpiya”nın baş məşqçisi: “Bakıda biz yaxşı olacağıq”

 “Məğlub olduğumuz üçün təəssüflənirəm. Futbolçularımız hazırda mümkün olanın ən yaxşısını etdilər. Bu, sadəcə duelin birinci hissəsidir. Gördüklərimizi nəzərə alsaq, nəyəsə ümid edə bilərik”.

Bunu Sloveniyanın “Olimpiya” komandasının baş məşqçisi İliya Stolista Çempionlar Liqasının I təsnifat mərhələsinin evdə keçirdikləri ilk oyununda “Qarabağ”a 0:1 hesablı məğlubiyyətdən sonra deyib.
Ağdam klubu barədə xoş sözlər söyləyən 40 yaşlı mütəxəssis cavab matçında yaxşı nəticə əldə edəcəklərinə inandığını bildirib: “Qarabağ” keyfiyyətli rəqibdir. Lakin bu cür təcrübəsi və ənənəsi olan komanda ilə görüşdə dominantlıq etdik. Ona görə də qolu asanlıqla vurmadılar. Hesab edirəm ki, Bakıda biz yaxşı olacağıq. Rəqib topa nəzarət edən komandadır. Öz oyunumuzu diqtə etdiyimiz üçün şadam. Biz başqa oyunçular gözləyirdik. Görünür, onlar fərqli taktikadan istifadə etməyə qərar verdilər. Bəxtsizlikdən qol buraxdıq. İmkanlardan yararlana bilmədiyimiz üçün cəzalandıq. Mən optimist olaraq qalıram”.

Baş məşqçi “Olimpiya”nın yarımmüdafiəçisi İssa Abassın görüşün 85-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almasına da toxunub: “Hakimlər indi zərbə endirməyə cəhdə görə də qırmızı vərəqə verirlər. Bununla bağlı danışmışdıq – bu, düşüncəsiz hərəkət idi. Biz vacib oyunçumuzun xidmətindən məhrum olduq və 10 nəfərlə qaldıq. Komanda bir adama görə əziyyət çəkməməlidir. Andres Vomberqara görə üzr istəyirəm. Onun transferi matçın başlamasına 48 saat qalmış rəsmilədi. Branko İliç zədəli idi. Ona görə də yeni müdafiəçi sifariş verməli olduq. Siyahını doldurmaq üçün yetərincə oyunçumuz yoxdur”.

Stolista Rok Kronaveter Stefan Saviçi əvəzləyən zaman yerli azarkeşlərin onu fitə basmalarını normal qarşıladığını deyib: “Komandaya nəyin daha yaxşı olduğuna baxıram. Hər bir əvəzetmə taktiki xarakter daşıyır. Bu gün azarkeşlər tərəfindən çox yaxşı dəstəyə malik idik. Nəticə yoxdursa, fitə basmaları normaldır”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.report

Tarix
12 İyul 2018 [13:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin