Ana səhifə
19 Noyabr 2018

İyunun 30-da keçirilən imtahanın nəticələri məlum olub

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da keçirilən dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin nəticələri barədə məlumat yayıb.

Ucnoqta.az xəbər verir ki, DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 1231-i ali təhsil müəssisələrinə qəbul olunub. Bu şəxslərdən 492-si imtahandan uğurla keçib.

İmtahanlarda toplanan bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri barədə məlumatı DİM-in internet səhifəsindən əldə etmək mümkündür. 301-400, 401-500, 501-600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 35,4 faizi, 50,5 faizi, 48,7 faizi, 56,3 faizi test imtahanından uğurla keçib. Əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 145 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 16 nəfər (11.0%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 4 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Tarix
12 İyul 2018 [13:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin