Ana səhifə
13 Noyabr 2018

Azərbaycan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb

 Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən9 588 ədəd avtomobil gətirilib.

Ucnoqta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 105 ədəd və yaxud 2,75 dəfə çoxdur. Ölkəyə gətirilən avtomobillərin 60 ədədi və yaxud 0,6%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 485 ədədi və yaxud 88,5%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 978 ədədi və yaxud 10,2%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi, yaxud 0,7%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin I yarısına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 5 ədəd və yaxud 9,1%, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,9 dəfə və yaxud 5 514 ədəd artıb, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 562 ədəd və yaxud 2,35 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 24 ədəd və yaxud 58,5% artıb. 

Tarix
12 İyul 2018 [12:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin