Ana səhifə
20 Sentyabr 2018

Salyanda heyvan oğurlayan iki qardaş saxlanılıb - FOTO

 Salyan rayonunda heyvan oğruları saxlanılıb. 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, rayonun Peyk kənd sakini Abdulla Cəbrayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun həyatyanı sahəsində heyvan saxlanılan tiklidən 2 baş iribuynuzlu heyvanının oğurlandığını bildirib.
Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Varlı kənd sakinləri Rəşad Rəşidov, Ramil Rzayev və onun qardaşi Famil Rzayev şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.
İlkin dindirilmə zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olub qrup təşkil edərək axşam saatlarinda Abdulla Cəbrayilovun heyvanları saxladığı fermaya gələrək dəmir parcası ilə qapının qıfilla baglanmiş zəncirini qiraraq tövləyə daxil olublar  və oradan 2 baş iribuynuzlu heyvanı oğurlayıblar.

Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər.
Hazırda faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Tarix
12 İyul 2018 [10:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin