Bakıda Kamaz avtobusa çırpılıb: xəsarət alanlar var

09:35 - 12 İyul 2018 - HADİSƏ

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində "Kamaz" markalı yük maşını 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusa arxadan çırpılıb. Ucnoqta.az xəbər verir ki, BNA-dan verilən məlumata görə, nəticədə, avtobus aşıb. Xəsarət alanlar barədə bir qədər sonra məlumat veriləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hal-hazırda hadisə yerindədir.

Xəbər xətti