Ana səhifə
19 Sentyabr 2018

Siyavuş Novruzov: "Bu dövləti heç kim sarsılda bilməz"

Gəncədə baş verən hadisələr dövlətçilik əleyhinə törədilmiş cinayətdir. Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, bu cinayəti törədənlər layiqli cəzalarını almalıdır: "Azərbaycan kifayət qədər oturuşmuş bir dövlətdir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan bu dövlət möhkəm əsaslar üzərində qurulub və bu dövləti heç kim sarsılda bilməz. Bu cür hərəkətlər bizi yolumuzdan döndərə bilməz. Cinayətkarlar cəzalandırılmalıdır. Hüquq-mühafizə orqanları bu məsələni ciddi araşdıraraq kökünü tapmalıdır". S.Novruzov qeyd edib ki, məsələnin haradan qaynaqlandığı, hansı ölkədən tapşırıqların alındığı müəyyən edilməli və qarşısı dərhal alınmalıdır: "Mən komitə sədri kimi bəyan edirəm ki, istər Qurani-Kərimdə, istərsə də şəriətdə insan öldürmək qadağandır. Bunlar hamısı İslam dininə ziddir. Kim bunu din pərdəsi altında həyata keçirmək istəyirsə, o, səhv yoldadır və həmin şəxsin dinə ümumiyyətlə aidiyyəti yoxdur. Ümumilikdə, bütün müsəlmanlar bir-birinə qardaş deyirlər. Əgər biz bir-birimizi qardaş hesab ediriksə, qardaş qardaşı necə öldürə bilər? Bu, İslamın prinsipidir. Kim bu fundamental prinsipdən kənara çıxırsa, o, İslama deyil, xurafata xidmət edir. Onun törətdiyi əməl də həm müasir dövrün qanunları, həm də İslam hüququ ilə heç cür bəraət ala bilməz". Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Tarix
11 İyul 2018 [17:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin