Ana səhifə
25 Sentyabr 2018

Azərbaycan futbolunda QƏRİBƏ OLAY

Azərbaycan çempionatının I divizionunda maraqlı hal qeydə alınıb.

 

Ucnoqta.az xəbər verir ki, bu gün keçirilən XIV turun bir görüşü yarımçıq qalıb.

 

Belə ki, “Ağsu” – “Lokomotiv” görüşünün yalnız bir hissəsi oynanılıb. İlk 45 dəqiqədən sonra 0:2 hesabı ilə uduzan qonaqlar ikinci hissəyə çıxmaqdan imtina ediblər. Əldə etdiyimiz məlumata görə, buna səbəb baş məşqçi Novruz Əzimovun meydana buraxmağa 11 oyunçu tapmamasıdı.

 

Belə ki, “Lokomotiv”in heyətində ilk hissədə zədə alan futbolçular olub və onları əvəzləyəcək oyunçu olmadığından, komanda mübarizəni davam etdirmək istəməyib. Novruz Əzimovla əlaqə saxlamağa cəhd etsək də, baş məşqçi zənglərimizi cavabsız qoyub.

 

Matçla bağlı yekun qərar İntizam Komitəsinin iclasında veriləcək və çox güman ki, “Lokomotiv” texniki məğlubiyyət alacaq.(Apasport.az)

 

Tarix
8 Dekabr 2014 [18:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin