Ana səhifə
11 Dekabr 2018

"Qarabağ" "Olimpiya" ilə səfər matçının canlı yayımını təşkil edəcək

 “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sı ilə səfərdə keçirəcəyi ilk oyunun canlı yayımını təşkil edəcək.

Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimovun “Report”a verdiyi məlumata görə, azarkeşlər matça klubun rəsmi saytı vasitəsi ilə baxa biləcəklər. Klub rəsmisi bildirib ki, yayım üçün “Olimpiya”dan icazə də alınıb. Lakin Sloveniya tərəfi oyunun məhdud formada göstərilməsinə icazə verib: "Bu səbəbdən, matçı “Dailymotion” üzərindən təqdim edəcəyik və yayımı yalnız Azərbaycan, Türkiyə və Rusiyadan izləmək mümkün olacaq. Rəsmi saytımızda görüşün linkini yerləşdirəcəyik”.

Qeyd edək ki, iyulun 11-də Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

Tarix
11 İyul 2018 [12:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin