“Qarabağ” ÇL-də mövsümə start verir

09:49 - 11 İyul 2018 - İDMAN

Bu gün Azərbaycan üçün avrokuboklar səhnəsi başlayır. Avropanın ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” mövsümə start verir. Qurban Qurbanovun komandası səfərdə Sloveniya “Olimpiya”sı ilə gücünü sınayacaq. Qarşılaşma Bakı vaxtilə saat 22:00-da başlayacaq. Çempionlar Liqası I təsnifat mərhələsi İlk oyunlar 11 iyul 22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) Qafqazinfo

Xəbər xətti