Madrid klubu: "“Real” hər zaman onun evi olaraq qalacaq”

22:00 - 10 İyul 2018 - İDMAN

“Real”ın portuqaliyalı ulduzu Kriştiano Ronaldo rəsmən “Yuventus”a transfer olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Madrid təmsilçisi rəsmi saytı vasitəsilə açıqlama yayıb: “Kriştiano Ronaldonun istəyi və tələbinə uyğun olaraq “Yuventus”la razılıq əldə olunub. Dünyanın ən yaxşı futbolçusuna minnətdarlığımızı bildiririk. Onunla birlikdə klubumuz ən parlaq dövrlərindən birini yaşadı. 438 oyunda 451 qol vuraraq “Real” tarixində ən çox qol vuran futbolçu oldu. Ronaldo “Real”ın həmişə simvollarından biri olacaq. “Real” hər zaman onun evi olaraq qalacaq”. Qeyd edək ki, Ronaldo 2009-cu ildən "Real"da forma geyinirdi.

Xəbər xətti