Bakıda “Təcili yardım” maşını qəzaya düşüb: xəsarət alanlar var

16:38 - 10 İyul 2018 - HADİSƏ

Bakı şəhərində “Təcili yardım” maşını qəzaya düşüb.

Nərimanov rayonunda 8 saylı Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mercedes” markalı “Təcili yardım” maşını ilə “Daewoo” markalı avtomobil toqquşub. Nəticədə “Təcili yardım” maşınında olan həkim Fidan Rəcəbova və tibb bacısı Gülnarə Hüseynova, həmçinin “Daewoo”nun sərnişini, BƏƏ vətəndaşı, 1950-ci il təvəllüdlü Bosaid Salima xəsarət alaraq xəstəxanaya yerləşdırılıblər.

Faktla bağlı araşdırma aparılır.report

Xəbər xətti