Ana səhifə
20 Sentyabr 2018

Komitə sədri: "Gəncədə törədilən cinayət terror aktıdır"

"Gəncə şəhərində törədilən cinayət birbaşa terror aktıdır. Bunu təşkil edənlər, arxasında duranların qarşılarına qoyduğu əsas məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaq və dindən bu ad altında istifadə etməkdir". Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Azərbaycan güclü dövlətdir: "Kimlərsə bu cür hadisələrlə ictimai siyasi sabitliyi poza bilməz. Bunu din adı altında edənlər əslində dini təhrif edirlər. Çünki, bu, dinə aid məsələ deyil. Məsələnin arxasında kimlərin və hansı məqsədlərin dayandığı hər kəsə bəllidir. Hüquq-mühafizə orqanları araşdırma aparır və nəticə hər kəsə aydın olacaq. Əminəm ki, bu məsələdə əli olan hər kəs layiqli cəzalarını alacaqlar. Bunun arxasında duran xarici və ya daxili dairələr varsa, onlar da ifşa olunacaq". Komitə sədri təəssüf hissi ilə qeyd edib ki, bəziləri bunu yalnış yozublar: "Artıq mahiyyət bəllidir. Gəncədə terror aktını törədənləri kimliyi, onları müdafiə edənlər ortadadır. Bu, yalnız Azərbaycanın əleyhinə çıxış edən qrupların işidir. Onlar öz istəyinə nail olmayacaqlar". 
Tarix
10 İyul 2018 [11:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin