Biləsuvarda qayınata kürəkənini güllələdi

09:41 - 10 İyul 2018 - HADİSƏ

Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə rayon mərkəzində qeydə alınıb. Biləsuvar şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Valeh Aydın oğlu ailə münaqişəsi zəminində kürəkəni, 1993-cü il təvəllüdlü Babayev Vasif Saleh oğlunu lüləsi kəsilmiş ov tüfəngi ilə güllələyib.
V. Hüseynov daha sonra özünə məxsus "Mercedes" markalı avtomobillə V.Babayevi Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Yaralı dərhal əməliyyat olunub və vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən V. Hüseynov tutularaq istintaqa təhvil verilib.report

Xəbər xətti