Bakıda ticarət mərkəzindən oğurluq olub

15:03 - 9 İyul 2018 - HADİSƏ

İyulun 4-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzindəki mağazaların birindən 974 manat və 7100 ABŞ dolları oğurluq olub. Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zabil Səmədov saxlanılıb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti