Ana səhifə
20 İyul 2018

Bu il SOCAR Qrup 419 mln. manat kredit götürüb

2018-ci ilin martında SOCAR Qrupu Maliyyə Nazirliyindən 102 mln. manat (60 milyon ABŞ dolları) və 98 mln. manat məbləğlərində, müvafiq olaraq, qısamüddətli və uzunmüddətli borclar götürüb.   "APA-Economics" SOCAR-ın audit olunmuş maliyyə hesabatlarına əsasən xəbər verir ki, cari ildə SOCAR Qrup bir neçə yerli Gürcüstan banklarından 156 mln. manat (239 milyon GEL) və 16 mln. manat (24 milyon GEL) məbləğlərində, müvafiq olaraq qısamüddətli və uzunmüddətli borclar götürüb.   Bundan başqa, cari ildə SOCAR Qrupu bir neçə beynəlxalq bankdan Karbamid zavodu üçün 47 mln. manat (23 milyon Avro) məbləğində borc tranşı qəbul edib.   Bununla da cari ildə SOCAR Qrup ümumilikdə 419 mln. manat kredit götürüb.   Cari ildə SOCAR qrupu bir neçə beynəlxalq və yerli banklara borc öhdəlikləri üzrə müvafiq olaraq 417 mln. manat (245 milyon ABŞ dolları), 6 mln. manat (3 milyon Avro), 187 mln. manat (271 milyon GEL) və SOFAZ-a 65 mln. (38 milyon ABŞ dolları) məbləğində ödəniş edib.
Tarix
9 İyul 2018 [14:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin