Bağlanan 6 bankın əmlakı satışa çıxarılır

12:34 - 9 İyul 2018 - İQTİSADİYYAT

Azərbaycanda bağlanan 6 bankın əmlakı satışa çıxarılır. Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) Trend-ə verilən məlumata görə, fond Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard”, “Texnikabank”, “Zaminbank”, “Dekabank”, “Bank of Azərbaycan” və “Qafqaz Inkişaf Bankı”nın balansındakı daşınar və daşınmaz əmlakları 45 lot üzrə satışa çıxarır. 7 lot üzrə əmlak birinci dəfə, 17 lot - ikinci dəfə, 10 lot - üçünçü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır. Hərraclar 16 iyul, 30 iyul və 6 avqust 2018-ci il tarixlərində keçiriləcək. Hərrac açıq formada Xammal və Əmtəə Birjasında, Bakı, İ.Hidayətzadə küç., 156 (20A), 1933-cü məh. ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə burada tanış olmaq olar.

Xəbər xətti