Azərbaycan və Ermənistan XİN başçıları iyulun 11-də Brüsseldə görüşəcək

11:22 - 9 İyul 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov və erməni həmkarı Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) vasitəçiliyi ilə iyulun 11-də Brüsseldə görüşü keçiriləcək. Ucnoqta.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Xəbər xətti