Salyanda iki avtomobil toqquşub

08:59 - 9 İyul 2018 - HADİSƏ

Salyanda iki nəfərin ağır bədən xəsarətlər alması ilə nəticələnən yol qəzası baş verib.  Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  “Ford” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ağır bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti