ABŞ-da vertolyot evin üzərinə düşüb

08:41 - 9 İyul 2018 - DÜNYA

Amerika Birləşmiş Ştatlarında vertolyot qəzaya uğrayaraq evin üzərinə düşüb. Hadisə Virciniya ştatının Uilyamsberq şəhərində baş verib. Ölən və yaralananlar haqqında məlumat yoxdur. Vertolyotun mülki və ya hərbi təyinatlı olduğu açıqlanmır. Hadisə yerində xilasetmə briqadaları işləyir. Report

Xəbər xətti