Ağdaşda yol qəzası olub, xəsarət alan var

09:18 - 8 İyul 2018 - HADİSƏ

Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "VAZ-21014" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildəki sərnişin, Bərdə rayon sakini, 1972-ci il təvəllüdlü Ramilə Sultanova müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti