Mingəçevirdə mənzildən meyit tapılıb

21:56 - 6 İyul 2018 - HADİSƏ

Mingəçevirdə mənzildən meyit tapılıb.   Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.   Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri giriş qapısını açmış və orada aşkarlanan 1957-ci il təvəllüdlü Mustafayeva Sahibə Mustafa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti