Ana səhifə
22 Fevral 2018

Beynəlxalq Musiqili Teatrlar Assosasiyası təşəkkür etdi

Bakıda keçirilən “Teatr sənətinin multikulturalizm – universal dəyərlər sistemində yeri” movzusunda III Bakı Beynəlxalq Teatr Konfransının yüksək səviyyədə təşkil edilməsi hələ də müzakirə mövzusudur.

 

 

Tədbirdə 47 ölkəni təmsil edən 150-yə yaxın teatr  xadimi müntəzəm olaraq Mədəniyyət və Turizm nazirliyinə, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirməkdə və konfransın işini yüksək qiymətləndirməkdə davam edirlər. Bu günlərdə Beynəlxalq Musiqili Teatrlar Assosasiyasının İcraçı direktoru  N. S. Zıkova Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevə bu münasibətlə təşəkkür məktubu göndərib. Xanım Zıkova belə tədbirlərin çağdaş teatr sənətinin inkişafında mühüm rol oynadığını bildirib. Daha sonra məktubda qeyd edilib ki, konfransda müzakirə edilən məsələlər, xüsusilə də multikulturalizm müasir dövrün aktual problemlərindəndir və vaxtaşırı bu cür tədbirlərin keçirliməsi, fikir mübadilələrinin aparılması ümumilikdə teatr sənətinin inkişafına xidmət edən vacib amillərdəndir. Gündən-günə gözəlləşən Bakıdan xoş xatirələrlə ayrıldığını bildirən xanım Zıkova yaradılan şərait üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinə minnətdarlığını bildirərək Azərbaycan Dövlət Musiqili Teatrı ilə əməkdaşlıqlarından məmnun olduqlarını və bu əlaqələrin davam edəcəyinə inandıqlarını qey edib.

Tarix
8 Dekabr 2014 [17:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ