Ana səhifə
21 Avqust 2018

“Mən hər şeyə yenidən başlayacam”

Azərbaycan şahmatçısı “Qran-pri” turnirinin 6-cı turunda Aleksandr Qrişuka qalib gəlib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən şahmat üzrə “Qran-pri” turnirinin 6-cı turunda Aleksandr Qrişuka qalib gəlib.

 

Qələbədən sonra Teymur Rəcəbov təəssüratlarını jurnalistlərlə bölüşüb:

 

 

- İlk olaraq partiya haqqında fikirlərini söyləyərdiniz...

- Oyuna qara fiqurlarla yaxşı başladım. Debüt “qədim hind” müdafiəsi ilə oldu. Gedişlər təhlükəli idi. Rəqib imkan verdikcə hücum davam etdi və fiqurların dəyişilməsi də üstünlüyü azaltmadı. Ağlar üçün çətin mövqe yaranmışdı. E8-dən sonra qələbə şansları artdı. Maraqlı partiya idi. Çox sevinirəm ki, qələbə qazandım. Qələbə qazanmaq həmişə xoşdur. Sözsüz, turnirdə hər bir oyuna xüsusi hazırlaşırdım. Altıncı turda qələbə qazandım. Turniri yaxşı nəticə ilə başa vurmağa çalışacam.

 

 

- Sizin məşqçiniz Vladimir Çuçelov söylədi ki, partiyanın gedişində onu həyəcanlandırdınız....

- F7f5 gedişini deyirsiniz. Əslində, bu məntiqli gediş oldu. Çünki oyunun gedişində rəqib buna imkan verdi. Bu gedişlə şah olan cinaha hücum etmək mümkün oldu. Getdikcə fəallığı artırdım və nəhayət f5 gedişi oldu.

 

 

-“Qran-pri”də ilk qələbəni qazandın. Bu nəticə növbəti oyunlarda daha yaxşı oynamağa imkan verəcək.....

- İlk qələbə yaxşıdır. Hər zaman daha yaxşı oynamağa çalışıram. Turnirdə növbəti oyun haqqında düşünürəm və çalışıram yaxşı nəticə qazanım. Sabah başqa rəqib olacaq və mən hər şeyə yenidən başlayacam. “Qran-pri”də zəif rəqib yoxdur. Hər bir rəqib yaxşı oynamağa çalışır. Burada rəqabət çox güclüdür.

 

 

- Bu qələbədən sonra siz 3-5-ci yerləri bölüşürsünüz...

- Hər turdan sonra cədvəldə dəyişiklik ola bilər. Mən son nəticə haqqında indi danışmaq istəməzdim. Qarşıda bizi 5 tur gözləyir. Biz turnirin ekvator xəttinə yaxınlaşmışıq.

 

 

- Hər halda əsas nəticə iddiaçılar turnirinə vəsiqə qazanmaqdır. Aleksandr Qrişuk ilə oyundan sonra daha yaxşı əhval-ruhiyyədə oynamaq olar....

- Fabiano Karuana yaxşı oyunla reytinqini artırdı. Onun yüksək reytinqi iddiaçılar turnirinə yolunu asanlaşdırır. Yəni, reytinqə görə turnirə vəsiqə qazana bilər. Digər şahmatçılar “Qran-pri”dəki iki vəsiqə uğrunda yarışır. Bakıdan əlavə turnirin digər ölkələrdə keçiriləcək 3 mərhələsi olacaq. Ümumilikdə 4 mərhələdə yarışmalıyıq. Ona görə indidən yekun barədə danışmaq düzgün deyil.

Tarix
9 Oktyabr 2014 [22:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin