Ana səhifə
20 Sentyabr 2018

Astarada külli miqdarda narkotik vasitə məhv edilib

Xeyli miqdarda narkotik vasitə məhv edilib.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuatx idmətindən APA-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Məçitməhəllə kənd sakini Hicran Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu, həyətindəki yarımtikilidən isə çəkisi 4 kiloqram 330 qram marixuana, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Həşimxanlı kəndi ərazisində kənd sakini V.Xancanovun kultivasiya yolu ilə yetişdirdiyi  91 ədəd çətənə  kolu aşkar edərək götürüblər.

Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Uzunqazmalar kəndi  ərazisində yabanı halda bitmiş, çəkisi 2,5 ton olan 8450 ədəd çətənə kollarını yığaraq məhv ediblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Tarix
6 İyul 2018 [12:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin