Masallıda "Shacman" "Mercedes"lə toqquşub

20:57 - 5 İyul 2018 - HADİSƏ

Masallıda minik maşını ilə yük maşını toqquşub, 4 nəfər xəsarət alıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.   "Shacman" markalı yük maşını ilə "Mercedes" markalı minik maşınının toqquşması zamanı sonuncunun sürücüsü, 1991-ci il təvəllüdlü Samir Şərafət oğlu Fərəcov, onun sərnişinləri - 1991-ci il təvəllüdlü Kənan Sakit oğlu Ağayev, 1995-ci il təvəllüdlü Cavid Azər oğlu Nəzərov və 1997-ci il təvəllüdlü İqrar Adıgözəl oğlu Fərəcli müxtəlif dərəcəli bədən xəsarəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.   Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.   Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb.   Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti