Ana səhifə
23 İyul 2018

Kukla teatrında premyera

Başa çatmaqda olan 86-cı teatr mövsümündə də tamaşaçılarını növbəti premyera ilə sevindirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə onların sehrli Şərq nağıllarına səyahətə səsləyir. 

Belə ki, bu dəfə teatr repertuara “Min bir gecə” nağıllarından tanıdığımız “Əlibaba və qırx quldur”u daxil edib.

Ucnoqta.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, ibrətamiz hadisələrlə zəngin tamaşanın səhnələşdirmə və quruluşu teatrın istedadlı rejissoru Anar Məmmədova məxsusdur. Var-dövlətə, şan-şöhrətə hərislik kimi mənfi xüsusiyyətlərin tənqid hədəfinə çevrildiyi tamaşada balaca izləyicilərə dürüstlük və mənəvi zənginliyin daha vacib olduğu təlqin olunur. Istər insanların var-dövlətinə qənim kəsilən quldurbaşı və dəstəsinin, istərsə də Əlibabanın tamahkar qardaşının başına gələn acınacaqlı hadisələr fonunda yalnız zəhmət və onun halal bəhrəsi ilə xoşbəxt olmağın mümkünlüyü göstərilir.

Ümumi ampluada yenə də yaxşının pisi ram etməsini nümayiş etdirən tamaşanın rejissoru bununla balaca tamaşaçılara hər uğurun önündə ədalət hissi durur mesajını verir. 
Zəngin səhnə tərtibatlı və ecazkar Şərq elementli tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Rəssam bu tamaşada səhnə tərtibatından kukla və canlı plan aktyorlarının geyimlərinədək ən incə detallara varmaqla tamaşaçıları klassik Şərq nağılları ecazkarlığı ilə cəlb etməyə çalışıb. Rəngarəng səhnə geyimləri, arxa və yan planlardakı çalarlılıq, fərqli səhnə elementlərinin müxtəlifliyi diqqəti cəlb edir. 

Tamaşanın musiqi tərtibatı dahi Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti əsasında qurulub. Baletin müxtəlif musiqi taktlarının harmonik istifadə olunduğu tərtibatda uşaqlara tamaşa vasitəsilə klassik sinfonik musiqimiz də təbliğ olunur.
Iyulun 13-də (saat 12, 14.00) iki seans olmaqla tamaşaçı qarşısına çıxacaq tamaşada rolları Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edirlər.

Onu da qeyd edək ki, birhissəli uşaqlar üçün kukla tamaşası teatrın bu mövsümə son premyerasıdır.

Tarix
5 İyul 2018 [12:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin