Qəbələdə avtomobil ata və azyaşlı oğlunu vurdu

10:35 - 5 İyul 2018 - HADİSƏ

Qəbələ rayonunda ağır yol qəzası baş verib.

Hadisə iyulun 4-də gecə saatlarında baş verib. 1982-ci il təvəllüdlü Mustafayev Ziyanur Ətraf oğlu idarə etdiyi "Opel" markalı 10 SZ 127 dövlət nömrə nişanlı avtomobillə Ağdaş-Qəbələ avtomobil yolu ilə Qəbələ istiqamətində hərəkət edərkən yolun kənarında hərəkətdə olan piyada, 1991-ci il təvəllüdlü Haqverdiyev Rəvan Rövşən oğlu və onun azyaşlı oğlu, 2012-ci il təvəllüdlü Haqverdiyev Rövşən Rəvan oğlunu vurub.
Hadisə nəticəsində azyaşlı hadisə yerində dünyasını dəyişib, atası R.Haqverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.trend

Xəbər xətti