“Neymarın etdikləri biabırçılıqdır”

19:27 - 4 İyul 2018 - İDMAN

Danimarka millisinin keçmiş qapıçısı Peter Şmeyhel Neymarı “artistlik “ etdiyinə görə tənqid edib.

Keçmiş qapıçı Braziliya – Meksika oyununda Neymarın “ən yaxşı oyunçu” mükafatına layiq görülməsini təəccüblə qarşılayıb.

“Neymarın hərəkətləri biabırçılıqdır. Məncə, FİFA onun davranışlarını nəzərə almalıdır. Futbolu sevən hər kəs Neymarı qınayır. Oyun zamanı yerə yıxılan Neymar özünü elə hala saldı ki, sanki ölmək üzrə idi. Mən elə bildim ki, onu təcili yardımla aparacaqlar və biz bir daha Neymarı görməyəcəyik. Belə birini oyunun ən yaxşısı seçmək nə dərəcədə doğrudur? FİFA prezidenti Canni İnfantino oyunu izləyirdi. Neymarın utancverici davranışını İnfantino da gördü. Düşünürəm ki, belə halların qarşısı alınacaq. Artistliyinə görə əvvəlcə Neymara xəbərdarlıq etmək, sonra isə meydandan qovmaq lazımdır. Kriştianu Ronaldo da gənc vaxtlarında “Mançester Yunayted” klubunda çıxış edərkən bu cür davranırdı. Sonradan başa düşdü ki, belə olmaz. Siz heç Messinin və ya Harri Keynin belə etdiyini görmüsünüz? Yox, onlar belə etmirlər”, - deyə Şmeyhel bildirib.qafqazinfo

Xəbər xətti