"Qarabağ" Bolqarıstan yığmasının futbolçusunu transfer etmək istəyir

18:42 - 4 İyul 2018 - İDMAN

 "Qarabağ" klubu Bolqarıstan yığmasının futbolçusu Simon Slavçevi heyətinə qata bilər. 

"Report" zerozero.pt nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Portuqaliyanın "Sportinq" klubunun düşərgəsinə qoşulmayıb. O, Lissabon təmsilçisində tibbi müayinədən keçsə də, komandanı tərk edəcək və "Qarabağ"a transfer olacaq.
Qeyd edək ki, 2014-cu ildən "Sportinq"də çıxış edən Simon Slavçev icarə əsasında İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarının formasını geyinib. 

Xəbər xətti