Ana səhifə
18 Noyabr 2018

Rusiya Suriyadan 27 döyüş təyyarəsi və helikopterini çıxarıb

Rusiya Suriyadan 27 döyüş təyyarəsi və helikopterini çıxarıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Birliyinin və Cənub Hərbi Dairəsi Hava Hücumundan Müdafiə qüvvələrinin komandanı Viktor Sevostaynov Krasnodarda “Su-25” döyüş təyyarələrinin pilotları ilə görüşündə bildirib.

“Suriyanın Xmeymim aviabazasında daimi dislokasiya olunan məntəqələrindən Rusiya aerodromlarına 27 təyyarə və helikopter, uçuş-texniki heyətinin mütəxəssisləri, tibbi dəstə, xüsusi təyinatlı və hərbi polis qayıdıb”, - o bildirib.

Qeyd edək ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə görüşü zamanı bildirmişdi ki, son günlər Suriya ərazisini 13 təyyarə, 14 helikopter və şəxsi heyətdən 1140 nəfər tərk edib.

Tarix
4 İyul 2018 [18:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin