Ana səhifə
20 İyul 2018

Riçard Almeyda: "Bu, özüm və ailəm üçün maraqlı gəldi və "yox" deyə bilmədim"

"Digər klublardan həqiqətən də çoxlu təklif almışdım"

"Bu klubdan iki həftə əvvəl təklif aldım. Bu, özüm və ailəm üçün maraqlı gəldi və "yox" deyə bilmədim".
Bunu Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda Qazaxıstanın "Astana" klubuna transferini şərh edərkən deyib. Braziliya əsilli yarımmüdafiəçi bu komandaya Çempionlar Liqasında iştirak etmək və Qazaxıstan çempionu olmaq üçün keçdiyini bildirib. O deyib ki, "Qarabağ"dan ayrıldıqdan sonra həqiqətən də bir çox klubdan təklif alıb. 29 yaşlı oyunçu sonda özü, ailəsi və menecerinin Qazaxıstana gedərək, "Astana"da çıxış etməyə qərar verdiklərini vurğulayıb. 

Almeyda hədəflərindən də danışıb: "Artıq Çempionlar Liqasının qrup mərhələsində oynamışam. "Astana" ilə də yenidən bu turnirin əsas mərhələsində çıxş etmək istəyirəm. Bunun çətin olduğunu bilirəm. Çünki biz Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacağıq. Komandamın qrup mərhələsinə vəsiqə qazanması və Qazaxıstan çempionu olması üçün əlimdən gələn köməyi etməyə və maksimumumu ortaya qoymağa çalışacağam". 

Qeyd edək ki, hazırda "Astana"ya "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk rəhbərlik edir. report

Tarix
4 İyul 2018 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin