Ana səhifə
20 İyul 2018

Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaçın baş katibini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri  Federasiyasının (IFRC) baş katibi Elhadc As-Sini qəbul edib

Ucnoqta.az xəbər verir ki, XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Federasiya arasında mövcud münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib.
Baş katib Elhadc As-Sini  Azərbaycanı təmsil etdiyi cəmiyyətin fəal tərəfdaşı adlandırdı, ölkəmizdə humanitar sahədə görülən işlərdən və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib.
Görüşdə həmçinin, milli cəmiyyətlərin fəaliyyətinin artırılması, milli və regional səviyyədə həyata keçirilən layihələr, humanitar fəaliyyətin dəstəklənməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb. 

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müxtəlif ölkələrdə həyata keçirdiyi layihə və proqramlar, habelə humanitar yardım sahəsində həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verib.
Baş katib  Azərbaycan Respublikası XİN tərkibində yaradılmış beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) haqqında məlumatlı olduğunu və sözügedən qurumun fəaliyyəti və layihələri ilə yaxından tanış olmaqda maraqlı olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000 nəfərdən artıq azərbaycanlının itkin düşmüş hesab olunduğu barəsində məlumat verdi və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinin vacibliyinə diqqəti çəkib.  

 

Tarix
3 İyul 2018 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin