Türkiyə ordusu bir ay ərzində İraqda 300 terrorçunu zərərsizləşdirib

15:25 - 3 İyul 2018 - DÜNYA

Türkiyə Hərbi-Hava Qüvvələrinin İraqın şimalında davam etdirdiyi əməliyyat nəticəsində iyun ayında 300 PKK terrorçusu zərərsizləşdirilib.

Bu əməliyyatlar zamanı 19 Türkiyə hərbçisi həlak olub, 28-i yaralanıb.
Qeyd olunur ki, bu müddət ərzində Türkiyənin hərbi hissələrinə hücumların təşkilində iştirak etmiş PKK-nın 6 aparıcı fiquru da məhv edilib.trend
 

Xəbər xətti