Ana səhifə
14 Noyabr 2018

Kürdəmirdə iki avtomobil toqquşdu - 2 ölü, 1 yaralı

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Əmirov Səyid Eyyub oğlunun idarə etdiyi "Mercedes" markalı 90 XT 654 dövlət nömrə nişanlı avtomili idarə edərkən idarəetməni itirib və həmin yolda hərəkətdə olan 1991-ci il təvəllüdlü Rüstəmov Müstafa Fuad oğlunun idarə etdiyi "VAZ 21 09" markalı 10 CD 189 dövlət nömrə nişanlı avtomobilin arxa tərəfinə çırpılıb.

Hadisə nəticəsində "VAZ 21 09" markalı avtomobil yoldan çıxaraq yolun kənarındakı su arxına aşıb.

Nəticədə "VAZ 21 09" markalı avtomobilin sürücüsü və sərnişin, 2005-ci il təvəllüdlü Məmmədov Aqşin Seymur oğlu hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişin, 1998-ci il təvəllüdlü Abdullayeva Təhminə Elbrus qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Tarix
2 İyul 2018 [15:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin