“Liverpul” Salahla müqaviləni uzatdı

13:46 - 2 İyul 2018 - İDMAN

“Liverpul” futbolçusu Məhəmməd Salahla müqaviləni yeniləyib. Qol.az-ın məlumatına görə, bu barədə klubun saytı xəbər yayıb. Müqavilənin uzunmüddətli olduğu açıqlansa da, digər detalları haqda məlumat verilməyib. "The Telegraph" nəşri isə yeni müqavilə müddətinin 5 illik olduğunu yazıb. Qeyd edək ki, 2017-ci ilin yayında "Roma"dan “Liverpul”a transfer olunan misirli hücumçu ilk mövsümündə 52 oyuna 44 qol vurub. O, 32 qolla İngltərə Premyer Liqasında 2017/18 mövsümünün ən yaxşı bombardiri olub. 

Xəbər xətti