Quba sakini dənizdə batıb

12:07 - 1 İyul 2018 - HADİSƏ

Xəzər dənizinin Xaçmazın Müqtədir qəsəbəsi sahillərində bir nəfər dənizdə batıb.   Ucnoqta.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini Səttərov Alim Rizvan oğlu sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.    Dünyasını dəyişən şəxs Qafqaz Müsəlmanları İdarəsinin Quba nümayəndəliyinin rəhbəri Naib Səttərovun qardaşı oğludur.   Qeyd edək ki, ötən gün daha iki nəfər Müqtədir qəsəbəsində dənizdə batıb.  Onlardan birinin meyiti tapılıb, digər şəxsin axtarışları davam etdirilir.  

Xəbər xətti