DÇ-2018: Rusiya- İspaniya, Xorvatiya- Danimarka

10:18 - 1 İyul 2018 - İDMAN

Rusiyada keçirilən dünya çempionatı davam edir. Bu gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutacaq.   İlk olaraq meydana meydan sahibi Rusiya yığması çıxacaq. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gələcək. Qrup səddini çətinliklə aşan və 3 matçda qapısından 5 qol buraxan ispanların işi heç də asan olmayacaq. Ruslar doğma meydan və azarkeş amilindən yararlanıb sensasiya etməyə çalışacaq. Günün ikinci qarşılaşması Xorvatiya ilə Danimarka arasında oynanılacaq. Öz qrupunu maksimum nəticə ilə tamamlayan xorvatlar bir anda favoritlər arasında göstərilməyə başlayıb. Danimarka isə etibarlı müdafiə xətti sayəsində yoluna davam etmək əzmindədi.     Dünya çempionatı 1/8 final mərhələsi 1 iyul   18:00. İspaniya – Rusiya   Baş hakim: Byörn Kuypers (Hollandiya)   Moskva. “Lujniki” stadionu   22:00. Xorvatiya – Danimarka   Baş hakim: Nestor Pitana (Argentina) Nijni Novqorod. Mərkəzi stadion Apasport

Xəbər xətti