Sampaoli istefaya göndərildi

09:21 - 1 İyul 2018 - İDMAN

Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib. "Report" "360 Sources" nəşrinə istinadən xəbər verir ki, qərar yığmanın dünya çempionatında mübarizəni dayandırmasından sonra qəbul olunub. 1/8 finalda Fransaya 3:4 hesablı məğlubiyyətlə yekunlaşan görüşdən sonra Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb. Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu. Fransaya məğlubiyyətdən sonra Lukas Bilya və Xavyer Maskerano Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.

Xəbər xətti