Qəbiristanlıqdan oğurluq edən 2 nəfər saxlanılıb

12:24 - 30 İyun 2018 - HADİSƏ

İyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə  Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub.  Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib.

Xəbər xətti