DÇ-2018: Bu gün 1/8 final mərhələsi start götürəcək

10:01 - 30 İyun 2018 - İDMAN

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsi start götürəcək. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, əvvəlcə Fransa və Argentina yığmaları münasibətlərinə aydınlıq gətirəcək. Didye Deşamın baş məşqçi olduğu kollektiv Danimarka, Peru və Avstraliya ilə birgə mübarizə apardığı C qrupunu məğlubiyyətsiz başa vurub. Avstraliya (2:1) və Perunu (1:0) məğlub edən komanda son turda Danimarka ilə heç-heçə (0:0) edib və qrup birincisi kimi növbəti mərhələyə yüksəlib. Argentina isə Nigeriya, İslandiya və Xorvati ilə birgə D qrupunda mübarizə aparıb. İlk turda İslandiya ilə heç-heçə (1:1) edən yığma ikinci turda Xorvatiyaya məğlub olub (0:3). Cənubi amerikalılar sonuncu turda Nigeriyanı məğlub etməklə (2:1) növbəti mərhələyə vəsiqə qazanıb. Fransa və Argentina bu vaxta qədər 11 dəfə üz-üzə gəliblər. Qarşılaşmaların 9-u yoldaşlıq görüşlərinə təsadüf edib. Komandalar dünya çempionatlarında isə 2 dəfə qarşılaşıblar. 1930-cu il Uruqvayda keçirilmiş mundialdakı ilk qarşılaşmada Argentina 1:0 hesabı ilə qələbə qazanıb. 1978-ci ilə Argentinada təşkil olunmuş çempionatda isə meydan sahibləri 2:1 hesabı ilə qalib olub. Günün digər oyunun isə son Avropa çempionu Portuqaliya Uruqvay səddini keçməyə çalışacaq. Uruqvay A qrupunda Misir (1:0), Səudiyyə Ərəbistanı (1:0) və Rusiya (3:0) ilə mübarizə aparıb. Hər üç oyunda qələbə qazanan komanda qapısında qol görməyib. Portuqaliya isə İspaniya (3:3), Mərakeş (1:0) və İran (1:1) yığmaları ilə birgə yer aldığı B qrupunu ikinci pillədə başa vurub. Uruqvay və Portuqaliya yığmaları indiyədək 2 dəfə üz-üzə gəliblər. Komandalar dünya çempionatları tarixində isə ilk dəfə qarşılaşacaqlar. DÇ-2018 30 iyun 1/8 final 18:00. Fransa - Argentina Hakimlər: Alireza Faghani, Reza Sokhandan, Mohammadreza Mansuri (hamısı İran), Xulio Baskunyan (Çili) Kazan, "Kazan Arena" 22:00. Uruqvay - Portuqaliya Hakimlər: Sizar Ramos, Marvin Torrentera, Migel Hernandez (hamısı Meksika), Jair Marrufo (ABŞ) Soçi, "Fişt" stadionu.

Xəbər xətti