Qazaxda yol qəzasında iki qardaş ağır xəsarət alıb

17:37 - 29 İyun 2018 - HADİSƏ

Qazax rayonunda ağır yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ürkməzli kənd yolunda qeydə alınıb.  

Belə ki, BMW markalı avtomobil idarəetmədən çıxaraq aşıb. İlkin məlumatlara görə, qəzaya düşənlər iki qardaşdır. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti