Ana səhifə
18 Fevral 2019

FİFA Maradonaya getdiyi hər oyuna görə 10 min funt ödəyir

 FİFA Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradonaya dünya çempionatında baş çəkdiyi hər oyun üçün 10 min funt sterlinq (11,3 min avro) ödəyir.

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, bu ödəniş ali futbol qurumunun Əfsanələr Proqramında nəzərdə tutulub. FİFA prezidenti Canni İnfantino mundialda hər bir iştirakçı ölkənin heç olmasa, bir sabiq futbolçusunun səfir kimi iştirakını istəyir.

Qeyd edək ki, Dieqo Maradona DÇ-2018-də Argentina millisinin qrup mərhələsindəki hər 3 oyununu canlı izləyib. O, İslandiya (1:1), Xorvatiya (0:3) və Nigeriya (2:1) ilə qarşılaşmalarda iştirak edib. Son oyunda Maradona argentinalı futbolçu Markos Roxonun qələbə topundan sonra orta barmaqlarını göstərərək, qeyri-etik jest edib. Görüşdən sonra əfsanəvi futbolçunun səhhəti pisləşib. Nəticədə həkim çağırmaq lazım gəlib. Argentina 1/8 finalda Fransa ilə qarşılaşacaq. İyunun 30-da Kazanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 

Tarix
29 İyun 2018 [11:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin