Ana səhifə
19 Sentyabr 2018

Prezidentdən xəbər yoxdur

Kim Çen In bir aya yaxındır ki, görünmür

Şimali Koreya lideri Kim Çen Indan uzun müddətdir ki, xəbər yoxdur.

 

ANS PRESS-in məlumatına görə, onun bir aya yaxındır ki, ictimaiyyət arasında görünməməsi diqqət çəkib.

 

Bəzi şayiələrə görə onun səhhətində ciddi problemlər olduğu və ya siyasi böhran yaşadığı deyilir.

 

31 yaşlı lider sülh təşəbbüsü üçün Cənubi Koreyaya səfər edən Şimali Koreya nümayəndə heyəti arasında da olmayıb. Onun baş müşavirləri keçən şənbə günü Cənubi Koreyaya səfər edib. Ziyarət son beş ildə ən yüksək səviyyəli görüş adlandırılıb.

 

Oktyabrın 10-da keçirilməsi nəzərdə tutulan Koreya İşçi Partiyasının təsis edilməsinin yubileyi ilə bağlı tədbirdə liderin iştirak edib-etməyəcəyi dəqiq bilinmir.

 

Əgər Kim Çen In tədbirdə iştirak etməsə, bu, onun ciddi fiziki və siyasi problemlər yaşadığına işarə olacaq.

Tarix
9 Oktyabr 2014 [21:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin